Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polad Bülbüloğlu yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib (VİDEO)

Polad Bülbüloğlu yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib (VİDEO)

Tarix: 19 Iyul 2019 21:36

Bakı. Trend:

İyulun 19-u səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.

Rusiya Federasiyasının İdman və Gənclər Siyasəti Naziri Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.

Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış etmişdirlər.


Etiketlər:  Polad Bülbüloğlu yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ