Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 16:06
"YAŞAT" fondu iki şəhid atasının əməliyyat xərclərini ödəyib.
Bu barədə Sonxeber.net-a fonddan bildiriblər. Qeyd edilib ki, "YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
Şəhidimiz Elfaq Nağıyevin atası Azad Nağıyevin, Eltun Qasımovun atası Vüqar Qasımovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Qeyd olunub ki, şəhidimiz Tural Qarayevin anası Səmayə Qarayevanın və həyat yoldaşı Durdana Qarayevanın da müalicə və əməliyyat xərcləri Fond tərəfindən təmin ediləcək.
Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.
Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.