Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsirlik və girovluqdan azad edilən şəxslər psixoloji dəstək alıblar

Əsirlik və girovluqdan azad edilən şəxslər psixoloji dəstək alıblar

Tarix: 2 Fevral 2021 17:27

Bakı. Ceyhun Ələkbərov - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin postmüharibə dövrü üzrə psixoloji dəstək tədbirləri əsirlik və girovluqdan azad edilərək Vətənə qaytarılan şəxsləri də əhatə edib.

Bu barədə Trend-ə nazirlikdən bildiriblər. Agentliyin psixoloq və psixiatrlarından ibarət mütəxəssis qrupları bu kateqoriyadan olan 14 şəxs və ailələri ilə psixo-sosial reabilitasiya işləri aparıblar. Bu işlər, o cümlədən psixokorreksiya tədbirləri həm əyani, həm onlayn şəkildə həyata keçirilib.

Görüşlər zamanı ailələrin sosial vəziyyətləri də öyrənilib, ehtiyaclarına uyğun dəstəklə təmin edilmələri üçün işlər görülüb.

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərindən biri kimi, ötən ilin noyabr ayında psixoloji dəstək xətti (050 406 75 85) də yaradılıb. Müharibədən zərərçəkənlərə bu xətt vasitəsilə də (həmçinin zənglə əlaqədar evlərə gedilməklə) onlayn psixoloji dəstək göstərilib.


Etiketlər:  Əsirlik girovluqdan azad edilən şəxslər psixoloji dəstək alıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ