Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 17:52
İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidanın taleyi Çempionlar Liqasından asılıdır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ölkə kuboku və Superkubokdakı uğursuzluqdan sonra La Liqada da liderdən 10 xal geri qalan Madrid təmsilçisinin titul qazanmaq üçün son şansı qitənin ən nüfuzlu klub turniri ilə bağlıdır.
Fransalı mütəxəssis istefaya göndərilməmək üçün mövsümü titulla bitirməlidir. Bu üzdən də Zidan komandası ilə birlikdə Çempionlar Liqasında uğur qazanmağa məhkumdur.
Qeyd edək ki, "Real" 1/8 finalda "Atalanta" ilə qarşılaşacaq.