Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 20:40
Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
2021-ci ilin yanvarında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 52,91 faiz təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 0,19 faiz azdır.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 0,25 faiz artaraq 34 faiz təşkil edib.
"Apple" şirkətinin "iOS" əməliyyat sistemi payı 0,48 faiz artaraq 9,51 faizə bərabər olub.
Digər əməliyyat sistemləri sırasında "macOS X" (Apple, 2,12 faiz), "Linux" (0,55 faiz) və digər əməliyyat sistemləri (0,66 faiz) yer alıb.