Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 21:48
Smartfonları üçün əməliyyat sisteminin son versiyasında üç "sıfır-gün boşluğu"nu, yəni təhlükəsizlik sistemində aşkar edilmiş boşluqları aradan qaldırıb. Təhlükəsizlik paketi "iOS 14.4"ə inteqrasiya edilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətə sözügedən boşluqlar haqqında kibertəhlükəsizlik sahəsində çalışan anonim mütəxəssis məlumat verib. Həmin boşluqlardan birincisi əməliyyat sisteminin nüvəsinə müdaxilə edərək zərərverici kod üçün imtiyazların əldə edilməsini mümkün edirdi. Digər iki boşluq "WebKit" mühərrikində aşkar edilib və onu sistemə müdaxilə üçün alətə çevirmişdilər.
Xatırladaq ki, ötən ilin noyabrında "Google"un əməkdaşları, həmçinin "iOS" mobil əməliyyat sistemində üç "sıfır-gün boşluğu" aşkar etmişdilər.