Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 10:48
Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 58,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 57,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,81 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel çoxdur.