Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 12:03
Bakı. İlhamə İsabalayeva -Trend:
Bu günə qədər 31 nəfər Vətən Müharibəsi iştirakçısına əlilliyin təyinatı aparılıb.
Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək Agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib. Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib.
C.Əbbül-Qədirov əlavə edib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilir.