Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna yığmasının üzvü “Atalanta”da

Ukrayna yığmasının üzvü “Atalanta”da

Tarix: 3 Fevral 2021 18:54

İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A seriyası təmsilçisi Ukrayna yığmasının və Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Viktor Kovalenkonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Berqamo klubu 24 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.
 
Qeyd edək ki, Kovalenko "Şaxtyor"un öz yetirməsidir. O, Donetsk təmsilçisində 200-ə yaxın oyun keçirib, 32 qol vurub, 12 məhsuldar ötürmə edib. Viktor Ukrayna millisində də 30 oyuna çıxıb.

Milli.Az


Etiketlər:  Ukrayna yığmasının üzvü Atalantada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ