Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 21:04
Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
Avstriya Azərbaycanın azad edilmiş ərazilərində layihələrdə iştirak etmək üçün müxtəlif variantlar görür.
Bunu Trend-ə Avstriyanın Avropa və Beynəlxalq İşlər Federal Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Avstriya çoxlu sayda müəssisə və mütəxəssisə malik olan iri bazar iqtisadiyyatıdır:
"Avstriya mədəniyyət və milli abidələr sahəsində çoxillik təcrübəyə malikdir. Hər bir ölkə öz irsinə diqqət ayırır, amma Azərbaycanda bu, xüsusi yer tutur. Ziyan dəymiş və ya dağıdılmış mədəni irsin restavrasiyası, konservasiyası və rekonstruksiyasına gəldikdə, qeyd etmək lazımdır ki, Bakıda İçərişəhərdə, müxtəlif məscid, hamam, şəhər divarları və Qız qalası üzərində avstriyalı mütəxəssis işləyir. Azad edilmiş rayonlarda ziyan dəymiş sahələrin çoxluğunu nəzərə alsaq, təbii ki, görülməli çox iş var".
Bundan başqa, nazirlikdən əlavə ediblər ki, 2021-ci ildə Azərbaycanla Avstiya arasında əməkdaşlığın prioritetləri ölkələrin uzun müddət birgə qət etdiyi sahələrdə, aparıcı sektorlarla investisiyalar, islahatların davam etdirilməsi və investisiyalar üçün hüquqi bazanın gücləndirilməsi olacaq.