Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 11:08
Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 59,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.