Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar PSJ-yə sevgisini belə etiraf etdi

Neymar PSJ-yə sevgisini belə etiraf etdi

Tarix: 4 Fevral 2021 14:16

PSJ-nin futbolçusu Neymar Paris klubuna olan sevgisini sosial şəbəkədə etiraf edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Tvitter" hesabında paylaşım edib.

O yazıb: "Mən səni sevirəm, PSJ!"

Daha əvvəl braziliyalı oyunçunun paytaxt təmsilçisi ilə müqaviləsini uzatmağa razı olduğu haqda xəbərlər yayılıb.
 
Onun hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Neymar bu mövsüm PSJ ilə 9 matça çıxaraq, 5 qol vurub və 3 qolun ötürməsini verib.


Etiketlər:  Neymar sevgisini belə etiraf etdi


RƏYLƏR