Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Equinor'' Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib

''Equinor'' Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib

Tarix: 5 Fevral 2021 10:32

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Equinor" şirkəti Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib.

Trend-ə şirkətdən bildiriblər ki, ofislərin bağlanması "Equinor"un "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsindən çıxması ilə əlaqədardır. Şirkət layihədəki 15,5 faiz payını Malayziyanın "Petronas" şirkətinə satıb:

"Azərbaycan "Equinor"un ən iri və uzunmüddətli beynəlxalq tərəfdaşlarından biridir. Biz ölkədəki fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Hazırda SOCAR-dakı tərəfdaşlarımızla "Qarabağ" yatağının işlənməsi layihəsi üzrə investisiya qərarının qəbul olunması ilə bağlı iş gedir".

Şirkətdən onu da bildiriblər ki, "Equinor" pandemiya səbəbi ilə yaranan çətinliklərlə əlaqədar "Aypara" strukturunda qazma işlərini təxirə salıb:

"Qazma işlərinin müddəti barədə danışmaq hələ tezdir".


Etiketlər:  Equinor Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib


RƏYLƏR