Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb edildi

Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb edildi

Tarix: 5 Fevral 2021 17:33

Bakı. Trend:

Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibirli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibirli, tək lüləli tüfəng aşkar edərək götürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.


Etiketlər:  Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb edildi


RƏYLƏR