Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eşitdiyi səsləri əsərə çevirən, mələklərin notları qulağına fısıldadığını iddia edən bəstəkar haqqında MARAQLI FAKTLAR - FOTO

Eşitdiyi səsləri əsərə çevirən, mələklərin notları qulağına fısıldadığını iddia edən bəstəkar haqqında MARAQLI FAKTLAR - FOTO

Tarix: 6 Fevral 2021 14:24

Robert Şuman ömrü boyu ciddi zehni problemlərlə üzləşib. Müəyyən aralıqlarla depressiya və sinir böhranları yaşayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Robert Şuman alman romantizim hərəkatının ilk böyük nümayəndələrindən biri kimi qəbul edilir. Ömrü boyu bəstələrdə şeirin əhəmiyyətini vurğulayan Şuman, sənət və həyatın ayrılmaz bütövlüyünü müdafiə edib. Bu səbəbdən musiqi tarixindəki ən romantik şair kimi bilinir. Gənc yaşlarından depressiya və psixologiyasının pozulması kimi problemlərdən əziyyət çəkən Şuman, mələklərin qulaqlarına notlar pıçıldadığını iddia edib.

Bir çoxlarının dəli,  bəzilərinin də dahi adlandırdığı bu bəstəkarın həyatına daha yaxından nəzər salaq.

Robert Şuman 8 iyun 1810-cu ildə Almaniyanın Zvikau şəhərində anadan olub.

Ailənin ən kiçiyi olan Şuman erkən yaşlarında şair olmağı arzulayıb. Atası həm yazıçı, həm də kitab evinin sahibi olub. Atasının peşəsinə görə ədəbiyyata daha çox maraq göstərib, xüsusən də romantik yazıçıların bütün əsərlərini oxumağa çalışıb. Yohann Volfqanq fon Göte, Şekspir və Jean-Paul Richter ən çox oxuduğu yazıçılar arasında olub.

Çox istedadlı biri olan Şuman ədəbiyyatla musiqi arasında tərəddüdlə böyüyüb. Uzun müddət şair və ya musiqiçi olmaq istədiyinə qərar verə bilməyib. Lakin bu iki sənət sahəsi ona istedadını hər iki istiqamətdə inkişaf etdirməyə kömək edib. Karyera seçimi musiqinin lehinə olsa da, heç vaxt ədəbiyyatı tərk etməyib.

1831-ci ildə Leypsiq Universitetində hüquq təhsili almaq üçün qeydiyyatdan keçib. Bununla birlikdə, vaxtının çox hissəsini şeir və musiqi ilə keçirib.

1833-cü ildə ağır bir depressiya keçirən bəstəkar getdikcə daha çox ağır vəziyyətə düşüb. Xəstələndiyi ildə qardaşının və onun həyat yoldaşının qəfil ölümü Roberti dərindən sarsıb. Bu dövrdə eşitmə halüsinasiyaları başlayıb və uzun müddət yuxu problemi yaşayıb. Bununla yanaşı, o illərdə bütün Avropa qitəsində vəba epidemiyası başlayıb. Şuman da vəba xəstəliyinə yoluxub və yüksək hərarət səbəbindən zehni sağlamlığını itirdiyini düşünüb.

Robert 1834-cü ildə Avropanın ən çox oxunan musiqi jurnallarından birini nəşr etməyə başlayıb. O, müəllimi Fridriz Vik və bəzi digər musiqiçilərlə birlikdə "Yeni musiqi qəzeti" təsis edib.

Robertin həyatında musiqi qədər eşq həyatı da önəmli bir rol oynayıb. Universitetdə tanış olduğu musiqi müəlliməsi Klara Fridrix onun ən böyük eşqi idi. Aşiq olduğu qadın universitet zamanı ona pianino dərsləri verən Fridrix Vikin, müəlliminin qızı idi. Klara və Şuman 1840-cı ildə bütün maneələri aşaraq evləniblər. Bu evlilikdən onların 8 övladı dünyaya gəlib.

Robert Şuman 1842-ci ildə kamera musiqisinə üz tutmağa başlayıb. Bu dövrdə Şumanın psixoloji sağlamlıq vəziyyəti tədricən pisləşməyə başlayıb.

1950-ci ildə Düsseldorf şəhərinin musiqi direktoru olub.

Uzun müddət sonra sağlamlığına qovuşan Şuman bəstələrinə davam edib. Bu dövrdə violonçel konsertini və 4-cü simfoniyasını tamamlayıb. Ancaq geridə qoyduğunu düşündüyü xəstəlik yenidən nəfəs alıb. Davamlı halüsinasiya görməyə başlayan Şuman qəribə səslər eşitdiyini iddia edib. Heç kimin eşitmədiyi səsləri notlara köçürüb. Nəticədə "Ghost Variety" adlı möhtəşəm bir əsər ortaya qoyub. 1854-cü ildə ruhi sağlamlığını tamamilə itirən Robert Şuman musiqi direktoru vəzifəsindən azad edilib.

Robert Şuman ömrünün sonlarında işgəncəyə məruz qaldığını iddia edərək qorxunc səslər çıxarmağa başlayıb. Artan halüsinasiyalar səbəbi ilə uğursuz bir intihara cəhd də edib.

Bu prosesin ailəsinə zərər verəcəyini düşündüyü üçün könüllü olaraq ruhi sağlamlıq xəstəxanasına gedib. Bir müddət sonra heç kimi görmək istəməyib və hətta yeməkdən imtina edib. 27 iyul 1856-cı ildə xəstəxana rəhbərliyi Klaraya ərinin vəziyyətinin pisləşdiyini bildirib.

robert schumann

Robert Şuman elə xəstəxanada, 29 iyul 1856-cı ildə vəfat edib.
 
Bəstəkarın özündən sonra qoyub getdiyi fortepiano üçün "Kəpənəklər", "Karnaval", "Fantastik pyeslər", "Novellettalar", "Simfonik etüdlər" kimi fortepiano üçün silsilə əsərlərin, 4 simfoniyanın, fortepiano, skripka və violonçel üçün konsertlərin, təqribən 120 vokal ansamblın, 200-dən yuxarı mahnı və romansın və çoxlu sayda başqa əsərlərin musiqisi. Pyotr Çaykovskinin sözləri ilə desək, insan qəlbinin elə tellərinə toxunub ki, bu cür həssaslıq onun böyük sələflərinə nəsib olmayıb.

Milli.Az


Etiketlər:  Eşitdiyi səsləri əsərə çevirən mələklərin notları qulağına fısıldadığını iddia edən bəstəkar haqqında MARAQLI FAKTLAR FOTO


RƏYLƏR