Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 17:08
Suriyadakı PKK / YPG terrorçuları "Fərat qalxanı" əməliyyatı bölgəsində yerləşən Azez qəsəbəsində zeytun yığan kəndlilərə hücum ediblər.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Əkinçilərə atəş açıldığını görən qəhrəman əsgərlərimiz dərhal cavab verərək hücumu həyata keçirən 3 PKK / YPG terrorçusunu zərərsizləşdirdi", - deyə məlumatda qeyd olunub.
Məlumatda o da vurğulanıb ki, terrorçular "Fərat qalxanı" əməliyyatının keçirildiyi zonaya Suriyanın Tall-Rıfat rayonundan daxil olublar.