Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda artıq çəki hansı səbəblərdən yaranır?

Uşaqlarda artıq çəki hansı səbəblərdən yaranır?

Tarix: 6 Fevral 2021 21:48

Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir. Bu barədə "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsində (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) mütəxəssislərin hazırladığı məqalədə bildirilir.

Qeyd olunub ki, uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər.

Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının həddindən artıq yedizdirilməsi nəticəsində əmələ gələ bilər. Əz azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər.

Mütəxəssislər bildiri ki, uşaqlar məktəbdə və ev tapşırıqlarını edərkən masa arxasında oturmaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər, yəni sıx zehni yükə sahib olduqları halda, çox az hərəkət edirlər və bu da artıq çəkiyə səbəb olur.

Qeyd olunub ki, uşaq məktəbdə, ailədə xroniki stres vəziyyətində və ya sosial təcriddə ola bilər. Bu zaman yemək uşaq üçün sevinc və zövq mənbəyinə çevrilə bilər ki, bu da piylənməyə səbəb ola bilər.

Uşaqlarda piylənmə nə ilə ağırlaşa bilər?

Uşaqlarda piylənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər; mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, endokrin və metabolik, sümük-əzələ sistemi və oynaq patologiyaları və s.

Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən əskikliyi, komplekslər meydana çıxa bilər.

Uşaqlarda piylənmə necə müalicə olunur?

Həkimlə birlikdə uşağın gündəlik kalori miqdarı hesablanmalı və valideynlər buna əməl etməlidir.

Yaşa uyğun qidalanma rasionu və fiziki aktivlik (gimnastika, üzgüçülük və s.) təmin olunmalıdır.

Tərkibində heyvani yağlar və asan həzm olunan karbohidrat olan qidalar tövsiyə olunmur.

Şirələrdə çox miqdarda şəkər olduğu üçün tərəvəzlərə üstünlük verilməlidir.

Tərkibindəki piy və duz miqdarına görə kolbasa verilməməlidir.

Şirniyyat əvəzinə quru meyvə vermək daha yaxşıdır.

Körpələrə əlavə qida kimi sıyıqlar deyil, tərəvəz püreləri verilməlidir.


Etiketlər:  Uşaqlarda artıq çəki hansı səbəblərdən yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ