Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 09:18
""Sputnik V" peyvəndinin yaradıcıları Rusiya Federasiyası Dövlət Mükafatı ilə mükafatlandırılsınlar, tibb üzrə "Nobel" mükafatına namizəd göstərilsinlər".
APA TASS-a istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.
"Sputnik V" peyvəndinin yaradılmasını əlamətdar hadisə kimi qiymətləndirən partiya sədri, eyni zamanda "Twitter" səhifəsində yazıb ki, peyvəndin yaradıcılarına iyunun 12-də Kremldə Dövlət Mükafatı verilsin.
Qeyd edək ki, Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən dünyada ilk dəfə ötən il avqustun 11-də "Sputnik V" adı verilən koronavirusa qarşı peyvənd hazırlanıb.