Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 13:10
İspaniya La Liqasının XXII turunda "Betis" üzərində qələbə qazanan "Barselona" daha bir futbolçusunu itirib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 12-ci dəqiqədə Ronald Arauxo zədələnərək əvəzlənib.
İlkin tibbi müayinədən sonra 22 yaşlı mərkəz müdafiəçisinin ağır zədədən qaçdığı müəyyən olub. Sol topuğundan xəsarət alan uruqvaylı oyunçunun Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 16-da Fransa klubu PSJ ilə ilk görüşə hazır olması gözlənilir. Ancaq son qərar bu gün keçiriləcək MRT müayinəsindən sonra veriləcək.
Qeyd edək ki, "Barselona"da Jerar Pike, Filip Koutinyo və Ansu Fati hazırda zədədən əziyyət çəkir.