Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada müsəlmanlara qarşı cinayətlər artır

Almaniyada müsəlmanlara qarşı cinayətlər artır

Tarix: 9 Fevral 2021 09:46

2020-ci ildə Almaniyada müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin sayı 2019-cu illə müqayisədə 2% artıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Osnabrücker Zeitung" qəzeti Almaniya Daxili İşlər Nazirliyinə (DİN) istinadən yazıb. Belə ki, 2020-ci ildə müsəlmanlara və İslam qurumlarına azı 901 hücum edilib. 77 halda məscidlərin ətrafında təxribatlar olub.

Hücumların böyük hissəsini ultrasağçı qruplaşmaların üzvləri törədib, 48 nəfər xəsarət alıb.

2019-cu ildə Almaniyada müsəlmanlara, İslam cəmiyyətlərinə və müsəlman şirkətlərinə 884 hücum edilib.


Etiketlər:  Almaniyada müsəlmanlara qarşı cinayətlər artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ