Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda itkin düşmüş əsgərin valideynindən rüşvət istəyən şəxs saxlanılıb

Ermənistanda  itkin düşmüş əsgərin valideynindən rüşvət istəyən şəxs saxlanılıb

Tarix: 9 Fevral 2021 11:28

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda döyüşlər zamanı itkin düşmüş əsgərin valideynindən rüşvət istəyən şəxsi saxlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, həmin şəxs əsgərin valideynindən 3 min dollar pul tələb edib.

O bildirib ki, həmin məbləğ guya Bakıda həbsxanaların birində saxlanan əsgərin üçüncü ölkəyə, daha sonra Ermənistan gətirilməsi üçün lazımdır.

Hüquq-mühafizə orqanları onu əsgərin atasında rüşvət alarkən saxlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ermənistanlı polkovnik müharibə vaxtı rüşvət müqabilində əsgərləri arxa cəbhəyə keçirdiyi üçün saxlanılmışdı.


Etiketlər:  Ermənistanda itkin düşmüş əsgərin valideynindən rüşvət istəyən şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ