Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted''in oyunu ''Yuventus''un stadionunda

''Mançester Yunayted''in oyunu ''Yuventus''un stadionunda

Tarix: 9 Fevral 2021 19:26

Avropa Liqasının 1/16 final mərhələsində "Real Sosyedad" - "Mançester Yunayted" arasında ilk oyun İspaniyada keçirilməyəcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İspaniya rəhbərliyi İngiltərədə yayılan yeni bir koronavirus növünün yayılma riski səbəbindən ingilis komandasının ərazilərində olmasına icazə verməyəcək.

"El Diario Vasko"nun verdiyi məlumata görə , görüş Turində, "Yuventus"un ev stadionunda keçiriləcək. Cavab oyunun da çox güman ki, neytral arenada da keçiriləcəyi bildirilir.

Qeyd edək ki, "Real Sosyedad" - "Mançester Yunayted" matçı fevralın 18-də oynanılmalıdır. Cavab görüşünün 25 fevralda keçirilməsi planlaşdırılır.


Etiketlər:  Mançester Yunaytedin oyunu Yuventusun stadionunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ