Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 14:16
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirfə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi “Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibləri məlum olub.
2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) / “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)