Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Barselona''ya qol vursam, qeyd etməyəcəyəm'' - Rakitiç

''''Barselona''ya qol vursam, qeyd etməyəcəyəm'' - Rakitiç

Tarix: 10 Fevral 2021 11:46

"Sevilya"nın futbolçusu İvan Rakitiç İspaniya kubokunun yarımfinalında sabah "Barselona" ilə keçiriləcək görüşlə bağlı açıqlama verib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "AS" nəşrinə danışan xorvatiyalı yarımmüdafiəçi keçmiş komandasına qol vuracağı təqdirdə sevincini çılğın şəkildə qeyd etməyəcəyini bildirib:

"Qol vursam, bunu qeyd etməyəcəyəm. Barselonada çox gözəl anlar yaşamışam. Qızım orada doğuldu. Şəhərdə dostlarım çoxdur. Yerli azarkeşlər məni sevirlər və bu qarşılıqlıdır. "Barselona" azarkeşləri onlara qarşı davranışıma görə hətta mənə mükafat da veriblər".

Xatırladaq ki, Rakitiç 2014-cü ildən 2020-ci ilədək "Barselona"da çıxış edib.


Etiketlər:  Barselonaya vursam qeyd etməyəcəyəm Rakitiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ