Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siçanla pişik kimiydi''

''Siçanla pişik kimiydi''

Tarix: 11 Fevral 2021 15:10

"Tottenhem"in  baş məşqçisi Joze Mourinyo İngiltərə kubokunun 1/8 finalında "Everton"a 4:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyunu şərh edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, matçdan sonra "BT Sport"a açıqlamasında deyib: "Oyundan həm zövq aldım, həm də zövq almadım. Epizodlar yaratdıq, qollar vurduq. Yaxşı mübarizə apardıq. Ancaq hücum futbolunda yaratdığımız epizodlarla yanaşı, səhv etməməliyik. 4 qol vurduq, amma bu, yetərli olmadı.

Nəticəyə görə hamımız təəssüflənirik.  Topla yaxşı oynadıq, cəsarətli idik. Hesab 1:0 olarkən rəqibdən üstün idik və  beş dəqiqə sonra - səhv, səhv, səhv, qol, qol, qol. Siçanla pişik kimiydi. Siçan bizim səhvlərimiz, pişik isə bunu düzəltmək cəhdlərimiz idi".


Etiketlər:  Siçanla pişik kimiydi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ