Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yanvar ayında ÜDM-nin həcmi açıqlanıb

Azərbaycanda yanvar ayında ÜDM-nin həcmi açıqlanıb

Tarix: 11 Fevral 2021 21:24

2021-ci ilin yanvar ayında Azərbaycanda 6 milyard 256,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artıb.

ÜDM istehsalının 40,6 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olub.


Etiketlər:  Azərbaycanda yanvar ayında ÜDM həcmi açıqlanıb


RƏYLƏR