Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

33 milyondan çox ƏDV geri qaytarılıb

33 milyondan çox ƏDV geri qaytarılıb

Tarix: 12 Fevral 2021 12:16

2020-ci ildə "ƏDV-ni geri al" layihəsi çərçivəsində 33,4 mln. manat vəsait vətəndaşlara geri qaytarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Postpandemiya dövründə vergi sistemi" mövzusunda keçirilən videokonfransda Dövlət Vergi Xidmətinin  rəis müavini Orxan Nəzərli deyib.

O bildirib ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində 23 mindən artıq elektron kassa quraşdırılıb. Bu kassaların tətbiqi nəticəsində edvgerial.az portalında 80 milyondan çox kassa çeki verilib. "ƏDV geri al"  portalında qeydiyyatdan keçənlərin sayı isə 900 min nəfər təşkil edib.

O. Nəzərli qeyd edib ki, ötən dövr ərzində pərakəndə ticarət şəbəkəsində ticarət fəaliyyətinin şəffaflaşmasına nail olunub, dövlət büdcəsində vergi daxilolmalarının ÜDM-də çəkisi artıb.

Milli.Az


Etiketlər:  33 milyondan çox ƏDV geri qaytarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ