Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev adına AAHM-in kursantları üçün seminar təşkil olunub - FOTO

Heydər Əliyev adına AAHM-in kursantları üçün seminar təşkil olunub - FOTO

Tarix: 12 Fevral 2021 18:04

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün "Silahlı münaqişələrdə medianın rolu" mövzusunda seminar təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, seminarda peşəkar jurnalistlər silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri mövzularında mühazirələr oxuyublar.

Kursantlara döyüş əməliyyatları zamanı mediadan yararlanmağın, məlumatı auditoriyaya çatdırmağın alternativ variantları açıqlanıb, bu istiqamətdə KİV nümayəndələri ilə iş üsulları haqqında məlumat verilib, eləcə də medianın resursları, onların üstün və zəif cəhətləri təhlil edilib.

Seminar panel müzakirələrlə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Heydər Əliyev adına AAHM in kursantları üçün seminar təşkil olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ