Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 19:30
ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirusa yoluxduğu zaman həkimlər ona süni tənəffüs aparatı qoşmaq istəyiblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mənbənin sözlərinə görə, keçmiş dövlət başçısının xəstəliyi ictimaiyyətə açıqlanandan daha ağır şəkildə keçib. Həkimləri xüsusən Trampın qanında oksigenin səviyyəsinin 90 faizdən aşağı olması narahat edib.
Bundan əlavə, Trampın vəziyyəti ilə tanış olan mənbələr nəşrə sabiq prezidentin ağciyərlərində iltihab, maye və bakteriya toplanması zamanı baş verən infiltrat aşkarlandığını bildiriblər. Həmin vaxt rəsmilər Trampın süni tənəffüs aparatına qoşulmalı olduğunu hesab ediblər.