Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın ətraf mühit siyasəti minlərlə insanın ölümünə səbəb olub

Trampın ətraf mühit siyasəti minlərlə insanın ölümünə səbəb olub

Tarix: 12 Fevral 2021 23:10

Amerikada çıxan "Lancet" tibbi elmi jurnalında dərc edilmiş məlumata görə, Donald Trampın prezidentliyi dövründə vətəndaşların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurulub.

Sonxeber.net bildirir ki, AZƏRTAC bu mövzuda araşdırmaların nəticələrinə istinadla xəbər verir ki, Tramp administrasiyasının yürütdüyü siyasət yüz minlərlə insanın ölümünə səbəb olub.

33 alimin iştirakı ilə aparılmış bu araşdırma ABŞ-da və digər ölkələrdə ölüm göstəricilərinin müqayisəli təhlilinə əsaslanır.

Alimlər hesablayıblar ki, Tramp administrasiyasının təqsiri üzündən iş yerlərinin və ətraf mühitin qorunması tədbirlərindən imtina edilməsi təkcə 2019-cu ildə ABŞ-da 22 min insanın ölümü ilə nəticələnib. Havanın aerozollarla çirklənməsi uşaqlar arasında astma, həmçinin yaşlılar arasında ürək xəstəlikləri, ağciyər xərçəngi və diabet kimi xəstəliklərə səbəb olur.

Hesabatda göstərilir ki, Trampın siyasətindən ən çox əziyyət çəkən onun tərəfdarları olub: 22 min ölüm faktının çoxu vaxtilə Trampa səs vermiş ştatlarda qeydə alınıb.


Etiketlər:  Trampın ətraf mühit siyasəti minlərlə insanın ölümünə səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ