Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Havalar isindikcə yoluxma artacaq - Alimlər

Havalar isindikcə yoluxma artacaq -  Alimlər

Tarix: 13 Fevral 2021 13:04

Avropanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi koronavirusla bağlı yeni açıqlama yayıb.

Milli.Az Modern.az-ə istinadən xəbər verir ki, Mərkəz virusun hələ uzun illər bəşəriyyəti narahat edəcəyini düşünür.

"Yeni koronavirus növü bəşəriyyətlə hələ uzun illər qalacaq. Yoluxmanın zəifləməsi və vaksinasiyanın başlamasına baxmayaraq virus unsan orqanizminə çox yaxşı adaptasiya ola bilib. Ona gör də zamanla vaksinin tərkibi dəyişdirilməli olacaq".

Corc Meyson Unbiversitetinin professoru Ança Baranova isə hesab edir ki, yoluxmanın yeni dalğası yazda başlayacaq.

"Temperatur sıfırıdan yuxarı qalxan kimi yoluxma artacaq. Peyvəndləmə isə virusun yoxluğunu təmin etmir. O sadəcə COVID-19-un yüngül və simptomsuz axınını təmin edir" - deyə Baranova söyləyib.

Bundan başqa, alimlər koronavirusun psixoloji problemlər, xüsusən, depressiya hallarını artırdığını düşünür.

Milli.Az


Etiketlər:  Havalar isindikcə yoluxma artacaq Alimlər


RƏYLƏR