Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan güləşçiləri EYOF-da 4-cü qızıl medalı qazandı

Azərbaycan güləşçiləri EYOF-da 4-cü qızıl medalı qazandı

Tarix: 22 Iyul 2019 17:16

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda Rusiya təmsilçisi Maqomed Qiqiyevlə üz-üzə gəlib. Cəfərov qələbə qazanaraq qızıl medala sahib olub. Bu, Azərbaycan güləşçilərinin sayca 4-cü qızıl medalıdır.

Qeyd edək ki, bu gün digər yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) da qızıl medal qazanıb.

İlk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan güləşçiləri EYOF qızıl medalı qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ