Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 20:06
Bakı. Trend:
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, 5,2 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.
Qeyd edilib ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.