Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST koronavirusdan sağalmış şəxslərə də peyvənd olunmağı tövsiyə edir

ÜST koronavirusdan sağalmış şəxslərə də peyvənd olunmağı tövsiyə edir

Tarix: 15 Fevral 2021 18:27

Bakı. Orxan Nəbiyev - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxub sağalmış şəxslərə peyvənd olunmağı tövsiyə edir.

Trend-in məlumatına görə, bunu ÜST-ün baş elmi işçisi Sumya Svaminatan deyib.

Onun sözlərinə görə, virusa yoluxmuş şəxslərin böyük əksəriyyətində immun reaksiyası yaranır, amma bəzi şəxslərdə bu reaksiya zəif inkişaf edir:

"Söhbət xüsusilə, xəstəliyi simptomsuz keçirmiş şəxslərdən gedir. Bəzi hallarda xəstəlik zəif keçir və şəxs COVİD-19-a yoluxduğunu bilmir. Ona görə də ÜST yoluxub sağalmış şəxslərə də peyvənd olunmağı tövsiyə edir"


Etiketlər:  ÜST koronavirusdan sağalmış şəxslərə peyvənd olunmağı tövsiyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ