Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 21:02
"Milan"ın futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi hazırkı klubu ilə müqaviləni yeniləməyi rədd edib.
Türkiyəli oyunçunun "Mançester Yunayted"ə keçəcəyi gözlənilir. Onun "Milan"la sözləşməsi 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Çalhanoğlu bu mövsüm A seriyasında 19 matça çıxaraq, 1 qol vurub və 9 qolun ötürməsini verib.