Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 08:06
Qanında xolesterinin miqdarı çox olan adamlar yüksək arterial təzyiqdən əziyyət çəkirlər. Arterial təzyiqdən əziyyət çəkən xəstələr isə hər gün təzyiqlərini nəzarət altında saxlamalı və dərman qəbul etməlidirlər. Sizlərə qanda xolesterini aşağı salmaqla arterial təzyiqdən xilas olmağın asan yolunu öyrətmək istəyirik. Bu içki təbiidir və onun hazırlanmasına qırmıxzı şərabdan və sarımsaqdan istifadə edilir.
Lazım olanlar:
* sarımsaq - 12 diş
* qırmızı şərab - ½ litr
Hazırlanması:
Sarımsaq təmizlənir yuyulur. Hər diş sarımsaq 4 yerə bölünür və şüşə bankaya yığılır. Sarımsaqların üstünə qırmızı şərab əlavə edilir, bankanın ağzı qapanır. Banka sərin və qaranlıq yerdə 15 gün müddətində saxlanılır. Bu müddət ərzində gündə bir-neçə dəfə banka çalxalanır.
Qarışımdan gündə 3 dəfə 50ml içilir. Müalicə 1 ay müddətində aparılır. Sonra 6 ay fasilə verilir və yenidən 1 ay müalicə qəbul edilir. Müalicənin effekti dərmanı 10 gün qəbul etdikdən sonra hiss eləmək mümkündür.