Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO)

BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO)

Tarix: 17 Fevral 2021 11:42

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin Əhali Fondu (UNFPA) son münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçiləri üçün tibbi yardım dəstləri tədarük edib.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 32 reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəstin tədarük edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə çatdırılmasını yekunlaşdırılıb.

Sözügedən dəstlərin tərkibinə kliniki doğuşayardım və qanköçürmə dəstləri, xəstələrə baxım üçün birdəfəlik ləvazimatlar, eləcə də infeksion xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman ləvazimatları və s. vasitələr daxildir.

Növbəti mərhələdə dəstlərin son münaqişədən zərər çəkmiş 8 bölgədə (Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Ağcabədi, Gəncə, Mingəçevir) fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarının tibbi heyətinə paylanılması nəzərdə tutulur.

Bu fəaliyyət UNFPA-nın son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstək çərçivəsində baş tutub.

BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO) - Gallery Image BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO) - Gallery Image BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO) - Gallery Image BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO) - Gallery Image BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib (FOTO) - Gallery Image


Etiketlər:  BMT münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçilərinə yardım edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ