Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 15:40
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrin ən çox qol vuran müdafiəçilərinin siyahısını tərtib edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk pillədə karyerasında 126 qol vuran "Real"ın kapitanı Serxio Ramos qərarlaşıb. Ötən il karyerasını başa vuran yapon futbolçu Markus Tulio Tanaka (104 qol) 2-ci olub. İlk üçlüyü əlcəzairli Abderrahman Xaçud (88 qol) bağlayıb.
IFFHS-ə görə 21-ci əsrin ən çox qol vuran 10 müdafiəçisi:
1. Serxio Ramos (İspaniya) - 126 qol
2. Markus Tulio Tanaka (Yaponiya) - 104
3. Əbderrahman Xaçud (Əlcəzair) - 88
4. Keylor Soto (Kosta Rika) - 86
5. Markus Yurgenson (Estoniya) - 85
6. Dario Srna (Xorvatiya) - 79
7. Cozef Çipolina (Cəbəllütariq) - 78
8. Roland Yuhas (Macarıstan) 74
9. Branislav İvanoviç (Serbiya) - 73
10. Con Terri (İngiltərə) - 73