Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qar yağması ilə əlaqədar polis gücləndirilmiş rejimə keçib - FOTO

Qar yağması ilə əlaqədar polis gücləndirilmiş rejimə keçib - FOTO

Tarix: 17 Fevral 2021 18:00

Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, DYPB-in inspektorları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər görülür. Nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.


Etiketlər:  yağması ilə əlaqədar polis gücləndirilmiş rejimə keçib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ