Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 16:58
"Əl-Sədd"in baş məşqçisi Xavi "Barselona"ya mümkün gəlişindən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisində işləmək istədiyini bildirib: "Əl-Sədd"də yaxşı işləyirəm. Asiyanın böyük bir klubundayam, bu, Qətərin ən yaxşı komandasıdır. Gələcəkdə nə olacağını görəcəyik.
Hamı məni "Barselona"nın məşqçisi kimi görür. Mən kluba və hazırkı çalışdırıcı Kumana hörmət edirəm. Gizlətməyəcəyəm, əlbəttə ki, "Barselona"nın baş məşqçisi olmaq istərdim. Bunu dəfələrlə demişəm.
Ancaq indiki məşqçiyə və kluba həmişə hörmət edəcəyəm. Onlara ən yaxşısını diləyirəm. "Barselona"da prezident seçkiləri yaxınlaşır, gəlin hansı namizədin qalib gəldiyini görək".
Qeyd edək ki, "Barselona"nın Xavini Kumanın əsas əvəzləyicisi kimi gördüyü bildirilir.