Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 00:06
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 83 nəfər vəfat edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7241 nəfər COVID-19 infeksiyasına yoluxub.
Yeni növ koronavirusdan sağalan xəstələr 7217, ağır xəstələr isə 1187 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 616 600 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 504 050 nəfər sağalıb, 27 821 nəfər isə həyatını itirib.