Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan İrana jest: Sanksiya tələbi geri götürüldü

ABŞ-dan İrana jest: Sanksiya tələbi geri götürüldü

Tarix: 19 Fevral 2021 13:56

ABŞ BMT-yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.

Bununla ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə qaldığını təsdiqləyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib.

Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.

Milli.Az


Etiketlər:  ABŞ İrana jest Sanksiya tələbi geri götürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ