Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA

Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA

Tarix: 19 Fevral 2021 15:46

COVİD-19 pandemiyası ilə bağlı 1 ilə yaxındır şadlıq saraylarının bağlı olması sahibkarlarla yanaşı toy etmək istəyənlərin, cütlüklərin də günbəgün narahatlığının artmasına səbəb olur. 

Elə bu məqsədlə Sonxeber.net paytaxtın bir neçə şadlıq sarayları arasında sorğu keçirib. 

Əlaqə saxladığımız "Arena" şadlıq sarayının administratoru Əli bəy rezerv etmək istəyənlərin hələ də olduğunu bildirib:

"Şadlıq sarayımız bağlıdır. Toyla bağlı güclü müraciətlər yoxdur. Maraqlananlar da ancaq yay ayları üçün maraqlanırlar, əsas da aprel, iyun aylarına. Bir ara söhbət gedirdi ki, toyların keçirilməsinə icazə veriləcək, o ərəfədə müraciətlərin sayı artmışdı. Sözün açığı, indi elə deyil. Maraqlananlar isə ancaq aprel, iyun aylarını soruşurlar. Ümid edirlər ki, həmin vaxtı toyların keçirilməsinə icazə verilə bilər".

"Xan sarayı" şadlıq evinin baş adminstratoru Vaqif bəy bildirib ki, rezerv etmək istəyənlər onları da çıxılmaz vəziyyətdə qoyurlar:

"Bizə nadir hallarda müraciətlər olur, uzağı 10 gündə bir dəfə kimsə maraqlana, ya yox. Amma rezerv etmək istəyənlər heç özləri də bilmirlər hansı ay üçün rezerv etsinlər. Bizdən soruşurlar ki, "nə vaxt icazə veriləcək?", deyirəm "Vallah, Qərargaha gəlməmisiniz ki. Bura Qərargah deyil ki, mən sizə deyim nə vaxt olacaq". Qərargah necə demədi ki, fevralın 1-i dərslər açılacaq, toyların keçirilməsi barədə də belə bir qərar versin ki, filan tarixdən şadlıq sarayları fəaliyyətini bərpa edir. Ondan sonra hamı xəbər tutacaq". 


Etiketlər:  ümumiyyətlə olmayacaq Şadlıq saraylarında vəziyyət ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ