Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 23:04
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 77 nəfər vəfat edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 546 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 002, ağır xəstələr isə 1 185 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 638 422 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 523 760 nəfər sağalıb, 28 060 nəfər isə həyatını itirib.