Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“KaiOS” sistemi üçün “WhatsApp” messenceri istifadəyə verilib

“KaiOS” sistemi üçün “WhatsApp” messenceri istifadəyə verilib

Tarix: 23 Iyul 2019 16:40

Düyməli telefonlar üçün nəzərdə tutulan “KaiOS” əməliyyat sistemi “WhatsApp” proqramını dəstəkləməyə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “WhatsApp” əlavəsi bu rübdən etibarən bir sıra modellərə əvvəlcədən quraşdırılacaq, digər qurğu istifadəçiləri isə proqram təminatını sistemin əlavələr mağazasından yükləyə bilərlər. Lakin bu, yalnız yaddaş tutumu 256 meqabayt təşkil edən mobil telefonlara şamil edilir.

 

“KaiOS” sistemi üçün “WhatsApp” digər sistemlərdə olduğu kimi, mətnli bildirişlər mübadiləsini, zəngləri, eləcə də məlumatların şifrlənməsini dəstəkləyir.

 

Qeyd edək ki, bir neçə il əvvəl Hindistanda bir sıra modellər üçün istifadəyə verilən “KaiOS” sistemi üçün “WhatsApp” messencerindən hazırda bütün arzu edənlər istifadə edə bilərlər.

 

“KaiOS” düyməli mobil telefonlar üçün populyarlığına görə “Android” və “iOS” sistemlərindən sonra üçüncü əməliyyat sistemi hesab olunur.

 

Nizam Nuriyev




Etiketlər:  KaiOS sistemi üçün WhatsApp messenceri istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ