Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 10:56
Bakıda 20 yaşlı Sevil Atakişiyevanın özünü binadan ataraq canına qəsd etməsi son günlərin ən çox müzakirə edilən mövzusudur. Hadisə fevralın 18-də, Xətai rayonu, Yeryemenko küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisədən dərhal sonra sosial şəbəkələrdə Sevil Atakişiyevanın çoxsaylı mesajları yayılaraq, geniş müzakirəyə səbəb oldu.
20 yaşlı gənc qızın intihardan öncəki görüntüləri müşahidə kamerasına tuş gəlib. 20-ci mərtəbədən özünü aşağı atan qız binaya girərkən mühafizə əməkdaşlarını aldadıb və binaya daxil olub. Binaya girdikdən 15 dəqiqə sonra intihar hadisəsi baş verib.
Sevilin intihardan bir müddət öncə qeydə alınan son görüntülərini təqdim edirik: