Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 15:35
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Bahar Lətifqızı və Eldəniz Məmmədov olub.
Sonxeber.net bildirir ki, Eldəniz Məmmədov Bahar Lətifqızı və yoldaşından şikayətlənib:
"Onların əlindən evimi satmaq istəyirəm. Bütün günü dava edirlər. Qırğındır".
Daha sonra Bahar Lətifqızı yoldaşı ilə dava etmə səbəbinə aydınlıq gətirib:
"Toy yoxdu oxumaq istəyirəm, amma oxuya bilmirəm deyə nevroz olmuşam. Bütün gün evdə dalaşıram. Eldəniz o gün mənə deyir ki, əvvəllər uşaqların səsi gəlirdi, indi ancaq səninlə yoldaşının səsi gəlir. Elə belə ürəyimdən keçir, dalaşıram. Uşaqlar da bizi ayıra bilmir, mümkün olmur".