Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" üçün gözlənilməz tələb - sponsor maşınları geri istəyir

Tarix: 23 Iyul 2019 18:04

"Barselona"nın "Audi" şirkəti ilə əməkdaşlığı başa çatıb.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, tərəflər arasında müqavilənin müddəti iyun ayının 30-da bitib. Bundan sonra dünyaca məşhur avtomobil konserni sponsorluq müddətində Kataloniya klubunun futbolçularına pulsuz verilən maşınların geri qaytarılmasını xahiş edib. Futbolçulara bildirilib ki, Asiya toplanışından sonra avtomobillər "Audi" şirkətinə təhvil verilməlidir.

"Barselona"lı oyunçuların səfər zamanı tez-tez rəqib şirkətlərin avtomobillərindən istifadə etməsi "Audi"nin narazılığına səbəb olub.
 


Etiketlər:  Barselona üçün gözlənilməz tələb sponsor maşınları geri istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ