Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda sülh danışıqları başlayandan mülki itkilər kəskin artıb

Əfqanıstanda sülh danışıqları başlayandan mülki itkilər kəskin artıb

Tarix: 23 Fevral 2021 16:22

Əfqanıstanda ötən il sülh danışıqları başlayandan bəri mülki itkilər kəskin şəkildə artıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının illik hesabatında bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə Əfqanıstanda 8 820 mülki vətəndaş həlak olub. Bu rəqəm 2019-cu ilə nisbətən 15% aşağıdır. Lakin hesabat müəllifləri 2020-ci ilin son üç ayında, sülh danışıqları başlayandan bəri mülki itkilərin kəskin şəkildə artdığını vurğulayıblar.

Hesabatda o da bildirilib ki, 2020-ci ilin IV rübündəki mülki itkilər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 45% çoxdur: "Ötən il Əfqanıstanda sülh ili ola bilərdi. Bunun əvəzinə isə minlərlə mülki vətəndaş öldü. Atəşkəs barədə düşünməyi rədd edən tərəflər bunun dağıdıcı nəticələrini başa düşməlidirlər".

"Taliban"dan isə bildirilib ki, hesabatda dəqiq informasiya və detallar nəzərə alınmayıb.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları sentyabr ayında başlayıb.


Etiketlər:  Əfqanıstanda sülh danışıqları başlayandan mülki itkilər kəskin artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ