Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

Tarix: 23 Iyul 2019 19:44

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Trend-in məlumatına görə, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Bakı-Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu “Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.


Etiketlər:  AZAL Bakıdan Nyu Yorka uçuşları davam etdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ